308
00:07
13 İyul 2019

Bakıda fərdi yaşayış evində baş vermiş yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m² sahədə, dəhlizin tavanı 15 m² sahədə və dam örtüyü 65 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

****

20:27

Bakının Xətai rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.