283
21:24
12 İyul 2019

BNA-dan sərnişin və sürücülərə MÜRACİƏT: diqqətli olun!

“Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik”.
APA -nın xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev küləkli hava şəraitilə əlaqədar olaraq, ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciətində deyib.
O bildirib ki, sərnişinlər son dərəcə diqqətli olsunlar: “Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”.
M.Ağayev həmçinin sürücülərə də tövsiyə edərək diqqətə çatdırıb ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.
Bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.