241
22:23
12 İyul 2019

Bakıda mənzildən 6 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakının Nizami rayonunda Türkiyə vətəndaşının evindən oğurluq edilib.
Lent.az xəbər verir ki, hadisə Bəkir Çobanzadə 69 ünvanında baş verib.
Türkiyə vətəndaşı Sinan Arıcının yaşadığı mənzilə naməlum şəxs daxil olaraq 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Zərərçəkən S.Arıcı bu barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə müraciət edib.
Hadisəni törədən şəxsin axtarışına başlanılıb.