414
23:41
12 İyul 2019

Təhlükəli avtomobil idarə edən sürücü müəyyən edildi - FOTO

“Hərkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücü müəyyən olunub”.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov APA -ya bildirib ki, sosial şəbəkələrdə digər sürücü tərəfindən çəkilərək yayılan görüntülərlə bağlı aparılan araşdırma zamanı sürücünün şəxsiyyəti müəyyən olunub.
Bölmə rəisi bildirib ki, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir: “Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib”.
Vaqif Əsədov əlavə edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.