373
01:49
13 İyul 2019

İldırım DYP postu yaxınlığında yanğına səbəb oldu - FOTO - VİDEO

Yağış və külək Yevlaxda yanğına səbəb olub.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində yanğın qeydə alınıb.
DYP-nın magistralda yerləşən postu yaxınlığındakı yaşıllıq zolağını ildırım vurub və ardınca yanğın başlayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb.