131
12:14
23 İyul 2019

Arvadını 5-ci mərtəbən ataraq öldürən şəxsin vəsatəti təmin edilmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA -nın məlumatına görə, Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə R.Taxvelinin vəkili Qanqa İbrahimov vəsatətlə çıxış edib. Müdafiəçi məhkəmə iclasının gedişinin audio və video görüntülərlə lentə alınmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib və bildirilib ki, hər prosesdə protokol tərtib edilir.
Vəkil daha sonra Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dinirilməsi barədə vəsatət qaldırıb.
Vəkil Rəna Məmmədovanın Ramiz Taxvelinin avtomobilinə baxışda iştirak etdiyini və avtomobildən narkotik maddə - marixuana tapıldığı iddia edib.
Bu səbəbdən vəkil həmin qadının dindirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Qeyd edək ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.
Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.