123
12:26
23 İyul 2019

Bakı-2019: Azərbaycan millisinin daha iki atleti çıxışını başa vurdu - FOTOSESSİYA

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında atletika yarışları davam edir.
APA -nın məlumatına görə, bu gün Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə qoşulub.
Qızların uzunluğa tullanma yarışında Ləman Hüseynova uğursuz çıxış edib. Təsnifat mərhələsində 5,26 m nəticəyə nail olan atlet 19 idmançı arasında 17-ci olub.
Oğlanların 400 m qaçışında Teymur Salahzadə I mərhələdə çıxış edib. O, məsafəni 48,48 saniyəyə qət edib. İkinci yürüşdə 5-ci yeri tutan atlet 16 idmançı arasında 10-cu olub və finaldan kənar qalıb.
Qeyd edək ki, bir gün öncə Azərbaycanın 6 atleti də yarışla erkən vidalaşmışdı.