158
13:18
23 İyul 2019

Azərbaycan millisinin futbolçusu xaricdə oynayacaq

Azərbaycan millisinin futbolçusu Aysun Əliyeva karyerasını Qazaxıstanda davam etdirəcək.
APA -nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi "Okjetpes" klubu ilə danışıqları müsbət yekunlaşdırıb.
O, yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, A. Əliyeva son mövsümdə “Uğur” klubu ilə Azərbaycan kubokunun qalibi olub. O, həmçinin yarışın ən yaxşı futbolçusu da seçilib.