141
16:35
23 İyul 2019

Bakı-2019: Həndbolçularımız mükafatçılar sırasına düşmək şanslarını itirdilər

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında həndbol yarışlarında II turun oyunlarına start verilib.
APA -nın məlumatına görə, ilk turda İsveçrəyə 16:34 hesabı ilə uduzan qızlardan ibarət Azərbaycan milli komandası növbəti görüşünü Macarıstan qarşı keçirib.
Oyun B qrupunda yer alan yığmamız üçün yenə uğursuz alınıb. İlk hissəni 22:13 hesabı ilə öndə bitirən rəqib yekunda 47:23 hesablı qələbə qazanıb.
Qrupumuzun digər görüşündə isə İsveçrə Çexiyaya 40:24 hesabı ilə qalib gəlib.
Beləliklə, ikinci turdan sonra İsveçrə və Macarıstan yarımfinala vəsiqə qazanıb. Hər iki qarşılaşmadan 2 xalla ayrılan komandalar sabah öz aralarında qrup qalibini müəyyənləşdirəcəklər. Mükafatçılar sırasına düşmək şansını itirən Azərbaycan yığması isə 5-8-ci yerlər uğrunda oynayacaq.
Qeyd edək ki, qrup mərhələsində Çexiya ilə millimizin oyunu sabah 14:30-da başlayacaq.

Ölkə

O

Q

H

M

T

X

İsveçrə

2

2

0

0

74-40

4

Macarıstan

2

2

0

0

77-45

4

Çexiya

2

0

0

2

46-70

0

Azərbaycan

2

0

0

2

39-81

0