184
12:54
06 Avqust 2019

Məşhur pianoçu Bakıda konsert verəcək

Tanınmış rusiyalı məşhur pianoçu, beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevski Bakıda konsert proqramı ilə çıxış edəcək.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsert proqramı Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
İfaçı konsertdə dahi bəstəkarlar Frederik Şopen, İohannes Brams, Edvard Qriq və Qriqori Qinzburqun əsərlərini səsləndirəcək.