265
15:45
07 Avqust 2019

Dünya şöhrətli pianoçu Bakıda çıxış edəcək

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcək.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, konsert Ü. Hacıbəyli XI beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
Konsertdə F.Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konserti” səslənəcək.