212
17:20
09 Avqust 2019

Bakıda “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi keçiriləcək

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində Kamera və Orqan Musiqisi Zalında “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi təşkil olunacaq.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq gecədə “D`accordo” barokko ansamblı bir sıra dünya şöhrətli bəstəkarların əsərlərini ifa edəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.