338
19:51
09 Avqust 2019

Azərbaycanlı müğənni: "Məni Allah maliyyələşdirir"

"Böyük layihələrim var. Böyük sərmayə tələb etdiyi üçün uzanır. Bunun üçün hətta Səudiyyə Ərəbistanına da gedəcəm".
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Bağ mövsümü" verilişində deyib. Muğam ifaçısı "Sponsorunuz kimdir" sualına belə cavab verib:
"Məni maliyyələşdirən bircə varlıq var. O da Allahdır. Yerdə isə özüm. Toylara çağırırlar, pul verirlər. Mən də xalqın pulu ilə işlər görürəm".