864
14:20
10 Avqust 2019

Türkiyədən Naxçıvana birbaşa hava dəhlizi açılır - Bu tarixdə

Türkiyə və Azərbaycan arasında birbaşa hava dəhlizi açılacaq.
APA -nın xəbərinə görə, bu barədə Türkiyənin Dövlət Hava Yolları idarəsinin müdiri Hüseyin Kəskin “Twitter” səhifəsində yazıb.
Hüseyin Kəskin Türkiyədəki aeroportlarla Azərbaycanın Naxçıvan aeroportu arasında birbaşa uçuş imkanı verən hava dəhlizinin açılması ilə bağlı görülən işlərin başa çatdığını bildirib. O, sözügedən hava dəhlizinin avqustun 15-dən açılacağını deyib.
"Beləliklə, hələ də İran və ya Ermənistan üzərindən həyata keçirilən uçuşlar Türkiyə və Azərbaycan arasında birbaşa olaraq gerşəkləşdiriləcək", - H.Kəskin qeyd edib.