411
11:57
13 Avqust 2019

Cenifer Lopez Antalya konsertindən bu qədər qazanıb

Dünya şöhrətli müğənni Cenifer Lopezin Antalyada verdiyi konsertdən qazandığı məbləğ açıqlanıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Reqnum Carya otelində baş tutan konsertdə müğənni 1 milyon dollar qazanc əldə edib.


Konsertin dəyəri əslində 1,5 milyon dollar olsa da, Moskvada verilən konsertin arxasınca baş tutduğundan qiymətdə endirim olub.
200 min dollara yaxın məbləğ isə müğənni ilə gələn heyət və digər xərclərə sərf olunub.

Türkiyə mətbuatının yazdığına görə, konsertə çox böyük maraq olub.