141
15:20
13 Avqust 2019

Tərtərdə xüsusi əməliyyat: Boş patron darağı tapıldı

Avqustun 13-ü saat 12:08-dəDaxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Bildirçinli kəndi ərazisində avtomat darağının tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Lent.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları birlikdə həmin ərazidə əkin sahəsinə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazini polis mühasirəyə alıb. Agentliyin mütəxəssislərinin apardığı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsindəboş avtomat darağıaşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Avtomat darağının ətrafında100 kv.məraziyəyerüstü,200 kv.məraziyə isəyeraltıbaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.