425
16:40
13 Avqust 2019

Görkəmli müğənni 9 qadını zorlamağa cəhddə İTTİHAM olundu

Görkəmli opera müğənnisi Plasido Dominqonu onilliklər boyu baş verən seksual kələkbazlıqda ittiham ediblər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun bu əməli ilə bağlı eyni vaxtda 9 qadın açıqlama verib. 8 müğənni və bir rəqqasə iddia edir ki, Dominqo onları rol müqabilində intim münasibətdə olmağa məcbur etməyə cəhd göstərib və “buna razılaşmayanda onları peşəcarçasına cəzalandırıb”.
Məlumata görə, kələkbazlıq 1980-ci illərin sonlarından başlayaraq üç onillik ərzində onun rəhbər vəzifələrdə çalışdığı opera şirkətlərində olub.
Rəyi soruşulan incəsənət xadimləri bildiriblər ki, görkəmli tenor soyunma-geyinmə otağında, mehmanxana nömrəsində, hətta truppanın yığıncaqlarında onlarla intim münasibətdə olmağı təklif edib. Beş-altı qadın isə müğənnini “ədəbsiz təkliflər səbəbindən özlərini narahat hiss etdiklərini söyləyib.
Ancaq onların hamısı anonim qalmalarını arzulayıb. Yalnız müğənni Patrisiya Vulf kimliyini açıqlayıb. Bundan başqa, qadınlardan heç biri söylədiklərinin sübutunu təqdim edə bilməyib.
78 yaşlı Dominqo bütün ittihamları təkzib edir.