172
16:10
13 Avqust 2019

“Liverpul”un müdafiəçisi “Roma”ya keçə bilər

“Liverpul”un mərkəz müdafiəçisi Deyan Lovren karyerasını İtaliyada davam etdirə bilər.
Lent.az xarici idam saytlarına istinadla xəbər verir ki, xorvatiyalı müdafiəçi “Roma”dan təklif alıb və İngiltərə klubunu tərk etməyə meyllidir. Məlumata görə, 30 yaşlı xorvatiyalının transfer məbləği təxminən 16 milyon avrodur.
Xatırladaq ki, Lovren “Liverpul”a 2014-cü ildə 25,3 milyon avro müqabilində “Sauthempton”dan keçib. O, indiyədək İngiltərə klubunda bütün turnirlərdə 170 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Lovren bu müddətdə 25 sarı vərəqə alıb.
Lovrenin “Liverpul” ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulur.