276
18:05
13 Avqust 2019

“Barselona” Neymar üçün PSJ-yə 100 milyon və iki oyunçu təklif edir

“Barselona” rəhbərliyi braziliyalı hücumçu Neymarın transferi üçün PSJ ilə danışıqları bərpaetmək niyyətindədir.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, iki klub rəhbərliyinin bu gün baş tutacaq görüüşündə Kataloniya klubunun prezidenti Jozep Bartomeu Fransa çempionunun nümayəndələrinə Neymarın əvəzinə 100 milyon avro üstəgəl iki oyunçu – braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo və xorvatiyalı İvan Rakitiçi təklif edəcək.
Məlumata görə, PSJ Koutinyonun keçidinə razıdır, ancaq Rakitiçin əvəzinə sövdələşməyə portuqaliyalı müdafiəçi Nelson Samedunun daxil edilməsinə israrlıdır.
Qeyd edilir ki, “Real”ın prezidenti Florentino Peres də Neymarın keçidinə maraqlıdır, lakin “Barselona”nın bu məsələdə imkanlarına qarşı duracaq səviyyədə deyil. Belə ki, Madrid klubunun “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbanı almaq üçün maliyyə vəsaiti yetərli olmayıb. Halbuki Poqbanı əldə etmək “kral kluubu”nun baş məşqçisi Zinəddin Zidanın 1 nömrəli məqsədi idi.
Əlavə edək ki, transfermarkt portalı 31 yaşlı Rakitiçin transfer dəyərini 40 milyon avro, 27 yaşlı Koutinyonun dəyərini 90 milyon, 25 yaşlı Semedunun dəyərini isə40 milyon avro qiymətləndirir.