1957
18:41
13 Avqust 2019

Tanınmış müğənnidən ETİRAF: “Normal insan evlənə bilməz”

Sərdar Ortaç Antalyanın Kəmər bölgəsində səhnəyə çıxıb.
Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, irlandiyalı model Kloe Loughnan ilə 5 illik evliliyi başa çatan 49 yaşındakı müğənni, “Evlilik həqiqətən iki ruh xəstəsinin işidir”, - deyib.
Məlumata görə, əvvəlki illərdə verdiyi konsertlərində evliliyi xüsusi vurğulayıb hər kəsə evlənməyi məsləhət görən popçu bu il özünün də subay olduğunu vurğulayaraq deyib: “Evlilik həqiqətən iki ruh xəstəsinin işidir. Yəni normal insan evlənə bilməz. O səbəbdən bütün evli adamlara xitabən iki dəli bir araya gəlməməlidir”.
Ortaç bu sözlərinin ardından “İki dəli” adlı mahnısını səsləndirib.