169
00:08
14 Avqust 2019

4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı

Nəsimi rayonunda nəzarətsiz qalan uşaq ikinci mərtəbədən yerə yıxılıb.
APA xəbər verir ki, hadisə Hənifə Ələsgərova küçəsində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Hüseyn Məhərrəmov yaşadığı evin pəncərəsindəki tora toxunub. Nəticədə valideyn nəzarətindən kənar olan uşaq binanın ikinci mərtəbəsindəki pəncərədən yerə yıxılıb.
O, özəl xəstəxanaların birinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti ağırdır.