428
00:37
14 Avqust 2019

“Qarabağ”ın avrokubokda bu komanda ilə qarşılaşacaq

Ağdamın “Qarabağ” klubunun avrokubokdakı növbəti rəqibi bəlli olub.
APA -nın məlumatına görə, Çempionlar Liqasında Kiprin APOEL klubuna uduzan (2:1, 0:2) Azərbaycan çempionu Avropa Liqasının pley-offunda "Linfild"lə (Şimali İrlandiya) üz-üzə gələcək.
Şimali İrlandiya çempionatının qızıl medalçısı qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) yarışdan kənarlaşdırıb. Bu komandalar arasındakı ilk görüş Monteneqroda baş tutub və "Linfild" 2:1 hesabı ilə qalib gəlib.
Şimali İrlandiyakı cavab matçında da ev sahibləri qələbə qazanıblar. "Linfild" rəqibini bu dəfə 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək. "Qarabağ" ilk matçına səfərdə çıxacaq.