775
02:50
14 Avqust 2019

"Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"

"Palmali" gəmiçilik şirkətinə məxsus Məmməd Əmin Rəsulzadə gəmisi ilə "Doric Warrior" gəmisi toqquşub.
APA -nın yerli bürosunun məlumatına görə, bunu Türkiyənin denizhaber.net saytı yazıb.
Saytın yazdığına görə, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib.
“Palmali” gəmiçilik şirkətinə məxsus Məmməd Əmin Rəsulzadə adına gəmiyə Liberiyaya məxsus “Doric Warior” gəmisi çırpılıb, gəmidə ciddi dağıntılar yaranıb".
Bunu isə APA -nın Türkiyə bürosuna “Palmali” şirkətindən bildiriblər.
Məlumatda o da qeyd edilib ki, hadisə baş verən an, gəmidə 14 nəfərlik heyət olub, qəzada yaralanan olmayıb. Şirkətin ekspert qrupu hazırda hadisə yerindədir və dəymiş ziyan hesablanır.
Şirkətdən bildirlib ki, gəminin yüklü olması haqqında məlumat yanlışdır, gəmi ilk sifarişini alıb və limanda olub.
Qeyd edək ki, bu barədə "Palmali" şirkətinin rəhbəri Mübariz Məsimov da sosial mediada məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün öncə "Palmali" gəmilərindən birini təkrar təmirdən sonra Məmməd Əmin Rəsulzadə adı ilə yenidən istismara buraxıb. Türkiyə mediası bu gəminin 21 il əvvəl istismara verildiyini qeyd edib.