262
03:27
14 Avqust 2019

Rusiyada ağır yol qəzası: 5 nəfər ölüb, 6 nəfər yaralanıb

Rusiyanın Krasnodar diyarının Ust-Labinski rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, qəza Temryuk-Krasnodar-Kropotkin avtomobil yolunda qeydə alınıb.
Bölgənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 4 nəfər hadisə yerində ölüb.
Yaralılar arasında olan bir azyaşlı isə reanimasiyada dünyasını dəyişib.
Regional Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, xəsarət alanlar Ust-Labinski Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların müayinəsi davam edir.