5192
11:07
14 Avqust 2019

Məhərrəm ayının başlanacağı tarix AÇIQLANDI

Məhərrəm ayı bu il sentyabrın 1-də başlayacaq.
Bu barədə Lent.az -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev məlumat verib. Sədr müavini bildirib ki, Aşura isə Məhərrəm ayının 10-cu gününə, yəni sentyabrın 10-a təsadüf edəcək.
Sentyabrın 29-da Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 29-da başa çatacaq.