110
11:35
14 Avqust 2019

Ötən il psixi pozuntulu bu qədər şəxs qeydə alınıb

Ötən il Azərbaycanda psixi və davranış pozuntuları olan 3974 nəfər qeydə alınıb.
Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, həmin xəstələrdən 2734 nəfəri kişi, 1240 nəfəri qadındır. Həmin şəxslərdən 1409 nəfəri 0-17 yaş qrupuna, 1339 nəfəri 18-29 yaş qrupuna, 1226 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir.
Bundan başqa, 586 nəfər şizofreniya xəstəsi kimi qeydə alınıb. Onlardan 5-i 0-17 yaş qrupuna, 90-ı 18-29 yaş qrupuna, 195-i 30 və daha yuxarı yaş qrupuna aid olmaqla, 290 nəfəri kişidir, 3-ü 0-17 yaş qrupu, 61-i 18-29 yaş qrupu, 232-si 30 və yuxarı yaş qrupuna aid olmaqla, 296 nəfəri qadındır.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il affektiv pozuntularla (əhval pozuntuları) bağlı 2114 nəfər qeydə alınıb ki, onlardan 1-i 0-17 yaş qrupuna, 29-u 18-29 yaş qrupuna, 57-si 30 və yuxarı yaş qrupuna malik şəxslərdir.
32-si 0-17 yaş aralığına, 244-ü 18-29 yaş aralığına, 94-ü 30 və yuxarı yaş aralığına aid olmaqla, cəmi 370 nəfər stress və somatoform nevrotik pozuntularla bağlı qeydə alınıb.
Məlumata əsasən, 2018-ci ildə əqli geriliklə bağlı 1459 nəfər qeydə alınıb ki, onlardan 747 nəfəri 0-17 yaş qrupuna, 567 nəfəri 18-29 yaş qrupuna, 145 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir. Epilepsiya nəticəsində yaranan psixi pozuntularla bağlı isə 128 xəstə qeydə alınıb. Həmin şəxslərdən 32 nəfəri 0-17 yaş aralığına, 52 nəfəri 18-29 yaş aralığına, 44 nəfəri 30 və yuxarı yaş aralığına malikdir.
Məlumatda qeyd olunub ki, ötən il Azərbaycanda şəxsiyyət və davranış pozuntuları ilə bağlı 166 nəfər qeydə alınıb. Xəstələrdən 5-i 0-17 yaş qrupuna, 74-ü 18-29 yaş qrupuna, 87-si 30 və yuxarı yaş qrupunda olanlardır.
2018-ci ilin sonuna olan göstəricilərə əsasən, 72593-ü kişi, 29967-si qadın olmaqla, 102560 psixi və davranış pozuntusu olan şəxs müalicə-profilaktika müəssisələridə dispanser müşahidəsində olub. Bu xəstələrdən 9656 nəfəri 0-17 yaş aralığına, 28207 nəfəri 18-29 yaş aralığına, 64697 nəfəri isə 30 və yuxarı yaş aralığına malikdir. Müşahidə altında olanlardan 9829-u kişi, 7204-ü qadın olmaqla, 17033 nəfəri şizofreniya xəstəsidir. Onlardan 43 nəfəri 0-17 yaş qrupuna, 1970 nəfəri 18-29 yaş qrupuna, 15020 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.
Dispanserdə olan xəstələrdən 2114 nəfəri əhval pozuntuları (affektiv pozuntular), 10119 nəfəri stresslə və somatoform nevrotik pozuntular, 30991 nəfəri əqli gerilik, 6197 nəfəri epilepsiya nəticəsində yaranan psixi pozuntular, 6880 nəfəri şəxsiyyət və davranış pozuntuları ilə əlaqədar olub.
İlin sonuna olan məlumata əsasən, 41-i 0-17 yaş qrupuna, 321-i 18-29 yaş qrupuna, 2284-ü 30 və yuxarı yaş qrupuna aid olmaqla, cəmi 2646 nəfər isə stasionar müalicədə olub.