580
12:03
14 Avqust 2019

Biləcəri dəmiryolu stansiyasında bədbəxt hadisə

Biləcəri stansiyasında bədbəxt hadisə baş verib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova " APA -Economics"ə bildirib ki, bu gün səhər saatlarında cəmiyyətin Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.