116
13:01
14 Avqust 2019

Bakıda marketi partladacağı barədə məlumat verdi, xəstəxanaya yerləşdirildi

Avqustun 12-də özünü Q.Qəribov kimi təqdim edən şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu, Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat verib.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, araşdırmalarla məlumat təsdiqini tapmayıb, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilib.
O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.