6648
13:14
14 Avqust 2019

Rusiya 4 günlük iş sisteminə keçir - Əhali təlaşda...

Rusiya həftəlik iş sistemində yeniliyə hazırlaşır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni sistemə görə, Rusiyada həftənin 4 günü çalışıb, 3 gün tətil edəcəklər.

Belə ki, ölkədə insanların özlərinə və ailələrinə daha çox zaman ayıra bilməsi, işsizlik səviyyəsinin azaldılması üçün bu sistem üzərində iş aparılır.

Əhali arasında aparılan sorğu nəticəsində isə məlum olub ki, sakinlərin 43 faizi həftədə 4 gün işləmək sisteminə qarşıdır.

Belə ki, əhali az işləyəcəyi halda əmək haqqlarının azalmasından qorxur. Lakin Rusiya dövləti əhalinin 4 həftəlik iş sistemində də mövcud maaşları saxlamağı hədəfləyib.

İşverənlərin və işləyənlərin uyğunlaşması üçün yeni sistemə keçid mərhələli şəkildə həyata keçiriləcək.