242
13:10
14 Avqust 2019

Xəzinədar 340 min manatla "itkin" düşdü - RƏSMİ

Bərdədə mağazadan külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşən, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.
O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.