92
13:40
14 Avqust 2019

Yevlaxda külli miqdarda narkotik bitki məhv edildi

Yevlaxda 1 tondan artıq çətənə kolu aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları Qoyunbinəsi kəndi ərazisində yabanı halda bitən çəkisi 1 ton 215 kiloqram olan 2895 ədəd çətənə kolu aşkarlayaraq məhv ediblər.