217
15:44
14 Avqust 2019

Azərbaycan millisi qələbə qazandı

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
APA -nın məlumatına görə, “Sabah-2” komandası ilə qarşılaşma 2:0 hesabı ilə millinin xeyrinə başa çatıb.
U-19-un heyətində Məhəmməd Məhərrəmov və Vüsal Əsgərov fərqləniblər.