125
10:01
20 Avqust 2019

Horadizdə 400 abonent qazsız qalıb

Füzuli rayonunun Horadiz şəhərində qazıntı işləri aparan traktor diametri 50 millimetr olan qaz xəttini zədələyib.
Lent.az -a “Azəriqaz” İstehsalat Birliyindən verilən xəbərə görə, hazırda 400 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.