119
10:16
20 Avqust 2019

Keçmiş məhkum narkotiklə yaxalandı

Balakən rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Ramil Qandayev saxlanılıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib. Oradan 4 ədəd kibrit qutusunda 11 qramdan artıq və 1 ədəd sellofan torbanın içərisində 300 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.