63
10:09
20 Avqust 2019

FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin Quba rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.