136
10:18
20 Avqust 2019

Kürəkənin yandırdığı qadının vəziyyəti ağırdır

Şəmkir rayonunda kürəkəninin yandırdığı 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

Səhiyyə Nazirliyindən Lent.az -a verilən məlumata görə, həkimlər yanıq xəsarətlərinin 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etməyin mümkün olmadığını bildiriblər.

Qeyd edək ki, avqustun 18-də Şəmkir rayonu, Sarıtəpə kəndində ər boşandığı arvadının valideynlərinin evini yandırıb.

Yanğın zamanı evdə olan 2 yaşlı Məmmədov Nicat Elmar oğlu ölüb. Onun anası, 24 yaşlı Məsimova Mətanət İlqar qızı və nənəsi 55 yaşlı Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Sonradan M.Mətanət də dünyasını dəyişib.

M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib.