141
10:26
20 Avqust 2019

Evdən oğurluq edən iki nəfər saxlanıldı

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, Cəlilabad rayonu, Ağdaş kənd sakini olan qadın rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinə müraciət edərək yaşadığı evdən ümumilikdə 7800 manat dəyərində 1 ədəd televizor, 4 ədəd xalça, 1 ədəd elektrik generatoru, 1 ədəd qaz sobası, 1 ədəd elektrik mişarı və digər məişət əşyalarının oğurlandığını bildirib.
Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Cəlilabad rayonu, Ağdaş kənd sakini Mehti Niftullayev və Cürzəli kənd sakini, əvvəllər məhkum olunmuş Əyyub Qarayev olduğu müəyyən edilib. Oğurladıqları məişət əşyalarının bir qismi onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.