173
10:52
20 Avqust 2019

Taekvondoçularımız Ukraynada hazırlıq keçəcəklər

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Ukraynada hazırlıq keçəcək.
Taekvondo Federasiyasından APA -ya verilən məlumata görə, Xarkov şəhərində təşkil olunacaq təlim-məşq toplanışına 16 idmançı cəlb edilib.
Baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında hazırlığa Riyad Şirəliyev (45 kq), Nihad Abbasov (48 kq), Səyyad Dadaşov (51 kq), Pərviz İsgəndərov (55 kq), Nicat Zamanov (59 kq), Kənan Mahmudov (59 kq), Pirəli Cəfərli (73 kq), Taleh Süleymanov (78 kq), Vüsal Balaqadaşov (+78 kq), Səidə Əliyeva (42 kq), Ofeliya Allahverdiyeva (44 kq), Fəridə Rzayeva (49 kq), Mirvari Qəmbərli (52 kq), Qönçə Hüseynli (55 kq), Leyla Məmmədova (57 kq) və Ələsgər Əliyev (68 kq) qatılacaqlar.
10 gün davam edəcək məşqlərdə millimizlə yanaşı, bir neçə komandanın da iştirakı gözlənilir. Toplanışın sonunda isə taekvondoçularımız digər sınaq döyüşləri keçirəcəklər.
Qeyd edək ki, komanda artıq Ukraynaya yollanıb.