226
12:03
20 Avqust 2019

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB 1 - FOTO

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.
APA -nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bina sakinləri təxliyə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov gəlib.
***
11:49
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.
APA -nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
***
Saat 11:39
Bakıda yaşayış binasında yanğın başlayıb.
APA -nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, İ. Qutqaşınlı küçəsində qeydə alınıb. Çoxmərtəbəli binanın 13-14-cü mərtəbələri arasında elektrik lövhəsində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.