225
12:05
20 Avqust 2019

Erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbə

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, professor Əjdər Tağıoğlunun "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" kitabı çap edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Lent.az -a verilən məlumata görə, kitabda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edilərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr vurulub.

Əsərdə elmi-tarixi sübutlarla tarixdə "dünya daşqını"nın baş vermədiyi, həmçinin dini mistikada yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noyun real şəxsiyyət olmadığı qeyd edilir.

Bildirilir ki, bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi bizim eradan əvvəl 5000-ci illərə gedib çıxan şumer-türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürüb, bizim erada "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çeviriblər.

Araşdırmalarda belə nəticəyə gəlinir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrın I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmayan, anonim keşiş Vartanın adına uydurduğu "erməni Naxçıvanı" iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin "qədim Qafqaz tarixi" qədər mifdir.