193
12:28
20 Avqust 2019

“Sahil” stansiyasında eskalatorlar dayanıb - SƏBƏB

Metropolitenə gələn elektrik xəttlərində gərginliyin düşməsi “Sahil” stansiyasında eskalatorların hərəkətinə və işıqlanma sisteminə təsir edib.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az -a bildirib ki, hadisə nəticəsində eskalatorların hərəkəti dayanıb: "Hadisə 10:55-də baş verib və təxminən 2-3 dəqiqə çəkib. Gərginliyin düşməsi nəticəsində eskalatorların fəaliyyətində qısa vaxtda hərəkətin dayanması baş verib. 2-3 dəqiqə ərzində problem aradan qaldırılıb və eskalatorların işi bərpa olunub. Sərnişinlər arasında zərərçəkən olmayıb”.

Mətbuat xidmətindən o da bildirilib ki, gərginliyin düşməsi, sadəcə eskalatorların işinə təsir edib, qatarlarda hər hansı gecikmə olmayıb.