200
12:25
20 Avqust 2019

Azərbaycan vətəndaşı bu ölkədə heroinlə tutuldu

Gürcüstanda polis Azərbaycan vətəndaşında heroin aşkar edib.
APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərə görə, qurumun Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətənaşı E.H-ni qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə və saxlama ittihamı ilə saxlayıb.
Hüquq mühafizə orqanı əməkdaşları təqsirləndirilən şəxsdən iki paketdə 114 qram heroin müsadirə edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin (a) yarımbəndinə əsasən külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması faktı cinayət işi açılıb.
Saxlanılan şəxsi 8 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.