185
13:58
20 Avqust 2019

10 gün əvvəl avtomobil qəzasında ölən şəxsin kimliyi dəqiqləşdi

Bakıda yol-nəqliyyat hadisəsində ölən naməlum kişinin kimliyi dəqiqləşib.
APA -nın məlumatına görə, avqustun 9-u axşam saatlarında Qaradağ rayonunun ərazisində baş verən avtoqəzada ölən şəxs 1986-cı il təvəllüdlü İsmayılov Nadir Ədalət oğlu olub.
Onun meyiti adiyyatı üzrə təhvil verilib.