339
13:13
20 Avqust 2019

Qızıl Meydanda “Tərəkəmə” - HƏRBÇİLƏRİMİZİN İFASINDA

Avqustun 23-də Rusiya paytaxtında “Spass qülləsi” Beynəlxalq hərbi-musiqi festivalı start götürür.
APA TV-nin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri festivalda iştirak etmək üçün Moskvadadır. Orkestrimizin üzvləri məşqdən çıxarkən “Qızıl meydan”da insanlar onları əhatəyə alıb, fotolar çəkdiriblər. Hərbi formada olan musiqiçilərimiz anidən Azərbaycan oyun havası - “Tərəkəmə” ifa etməyə başlayıb və bu, çox böyük maraqla qarşılanıb.
Xatırladaq ki, festival bir həftə davam edəcək.