322
13:28
20 Avqust 2019

Dünyada ilk dəfə: depressiyanı müalicə edən cihaz satışa çıxarıldı

“Flow” şirkəti depressiyanın ev şəraitində müalicə edən cihazın satışına başlayıb. Sözügedən cihaz beyin neyronlarını zəif elektrik boşalması ilə stimullaşdırır.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, istehsalçının məlumatına görə, depressiya diaqnozu qoyulmuş insanlarda adətən beyinin sol alın hissəsində aşağı aktivlik müşahidə olunur. Yeni cihaz neyronların aktivləşdirilməsi və aktivliyin bərpası üçün onlara zəif elektrik siqnalı verir.
“Flow” adlı cihaz görünüşcə virtual reallıq şlemini xatırladır.
Şirkətin nümayəndələri bildiriblər ki, sözügedən cihazın satışına icazə almazdan öncə onu 500 pasiyent üzərində sınaqdan keçiriblər.
Prosedurlar təxminən 30 dəqiqə davam edir, həftədə həkim konsultasiyası olmadan 3-dək seans tövsiyə edilir. Cihaz “iOS” sistemli qurğulardan xüsusi proqram vasitəsilə idarə olunur.
“Flow” cihazının qiyməti 480 dollar, “HeadSpace” proqramına illik abunənin dəyəri isə 95 dollar təşkil edir.
“Flow” – 2016-cı ildə təsis edilmiş İsveçin tibbi texnologiya şirkətidir. Şirkətin baş direktoru psixoloq Daniel Manssondur.