140
13:39
20 Avqust 2019

Şabrandakı yanğın zamanı 7 nəfər zəhərləndi

Şabranda baş verən yanğın ilə bağlı 7 nəfər rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi, 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Həyatları üçün təhlükə yoxdur.