180
14:15
20 Avqust 2019

Haramı düzündə top mərmisi tapıldı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Füzuli rayonu, Haramı düzü ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Qurumdan Lent.az -a verilən məlumata görə, havanın qaranlıq olmasına və məlumat verən şəxsin həmin ərazidə olmadığına görə agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları avqustun 20-də əraziyə göndərilib. Müəyyən olunub ki, məlumatlarda qeyd olunan ərazi Füzuli rayonunun Alxanlı kəndi ərazisidir.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları birlikdə ərazidə əkin sahəsinə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində1 ədəd 100 mm-lik top mərmisi(3BK-5M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında1 000 kv.məraziyəyerüstü,300 kv.məraziyə isəyeraltıbaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.