22349
writer1

Səbuhi Sədəf

Məqalə sayı

30
15:24 21 Avqust 2019

Rəşad Könülə nə demişdi? – REKVİEM

 
 
Əslində, şəhid pilotumuzla bağlı köşə yazısı yazacaqdım. Duyğusallıqdan uzaq, sadəcə illərin yetişdirdiyi bir polkovnikimiz haqda, təyyarəçi pilot haqda... Son uşuçuna gedən bir qəhrəman haqda. Mən bilmirəm, Rəşad son uçuşu getməzdən öncə həyat yoldaşı Könül xanımla nə danışıb, ona son sözü nə olub? Bilmirəm...Amma bu an özü də təyyarəçi olan Antuan de Sent-Ekzüperini, daha doğrusu, onun “Gecə uçuşu” hekayəsini xatırladım. Daha doğrusu, həmin hekayənin bu hissəsini:
 
“…Əri geyinirdi. O, bayram üçün ən kobud parçadan olan paltarlarını və ən ağır dəri gödəkcəsini əyninə keçirdi. Geyinib ağırlaşdıqca arvadı ona baxıb, daha artıq zövq alırdı. Onun kəmərini düymələyir və çəkmələrini geyməyə kömək edirdi.
 
- Bu çəkmələr ayağımı sıxır.
 
- Budur, bunları gey.
 
Qadın ərinə baxırdı. Axırıncı dəfə ərinin döyüş geyimindəki çatışmazlığı düzəltdi. Hər şey öz qaydasında idi.
 
- Çox gözəlsən!
 
Ərinin diqqətlə darandığını gördü.
 
- Belə daranmağın ulduzlar üçündür?
 
- Bu, özümü qoca hiss etməmək üçündür.
 
- Mən qısqanıram.
 
O, yenidən gülümsədi, arvadını qucaqlayaraq, özünə sıxdı. Sonra onu balaca qız kimi yuxarı qaldırdı, gülümsədi və çarpayıya uzatdı.
 
- Yat.
 
Arxasınca qapını örtərək, küçəyə çıxdı və gecənin tanınmaz etdiyi kütlə içərisində özünün ilk zəfər addımını atdı.
 
Qadın tək qaldı. O, kitablara, çiçəklərə və dənizin dibi kimi uzaq olan bütün bu zərif şeylərə kədərlə baxırdı”.
 
Allah rəhmət eləsin!