195
10:13
22 Avqust 2019

İki maşın toqquşdu, FHN bir nəfəri xilas etdi

İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.