303
11:11
22 Avqust 2019

Rusiyada yaşayan soydaşımızın evindən 1 milyon oğurlandı

Rusiyada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarovun qardaşı qızı Səbinə Ağalarovaya məxsus olan evə oğrular girib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bunla bağlı polisə şikayət edən Səbinə külli miqdarda pulunun və iki dəyərli kürkünün götürüldüyünü bildirib.
Avqustun 9-da evdən gedən və 10 gün sonra geri qayıdan Səbinə seyfi yoxlamayıb. Bir neçə gün sonra seyfə baxan qız 25 min dollarının, təxminən 1 milyon rublın olmadığını görüb. Oğrular Ağalarovanın qızıllarına əl vurmayıblar.
Səbinə əşyalarının götürülüməsində işçilərini, əsasən də mühafizəçini günahlandırır.